Son dəqiqə

Azərbaycan Macarıstan

Macarıstan parlamentinin birinci vitse-spikeri Azərbaycana səfər edəcək

Bakı. TurkicWorld:

Macarıstan parlamentinin birinci vitse-spikeri Marta Matray Azərbaycana səfər etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə "X" platformasında məlumat paylaşıb.

"Macarıstan Milli Assambleyasının birinci vitse-spikeri Marta Matrayın Azərbaycana səfərinə hazırlıq çərçivəsində onunla görüşmək və ikitərəfli əlaqələrin hazırkı səviyyəsini hərtərəfli müzakirə etmək mənim üçün şərəfdir", - deyə səfir qeyd edib.

Mövzuya görə xəbərlər