Son dəqiqə

Azərbaycan İtaliya

İtaliya-Azərbaycan dəyirmi masası keçirilib

Bakı, TurkicWorld

İtaliya-Azərbaycan dəyirmi masası keçirilib.

TurkicWorld xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“İtaliya - Azərbaycan dəyirmi masası çərçivəsində yeni birgə istehsal və xidmət sahələrinin yaradılması, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi, təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edən sənədlər imzalandı.

Sənədlərin icrası innovasiyaları təşviq etmək və iqtisadi artımı gücləndirməklə yanaşı, ölkələrimiz arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək”, - o qeyd edib.

Mövzuya görə xəbərlər