Bakı, TurkicWorld
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində irəliləyişi alqışlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
O qeyd edib ki, Blinken bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb və Ermənistanla Azərbaycan arasında davamlı sülhün vacibliyini bir daha təsdiqləyib.
"Dövlət katibi sərhədlərin delimitasiyası ilə bağlı razılaşma da daxil olmaqla, tərəflər arasında əldə olunan son nailiyyətləri alqışlayıb", - deyə o bildirib.
Xəbər yenilənəcək