Son dəqiqə

İsrail Benyamin Netanyahun HƏMAS

Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun həbsinə order verib

Bakı. TurkicWorld:

Beynəlxalq Cinayət Məhkəməsi İsrail Baş naziri Netanyahunun həbsinə order verib.

TurkicWorld xəbər verir ki, qərar Hollandiyanın Haaqa şəhərində Beynəlxalq Cinayət Məhkəməsində davam edən məhkəmə prosesi zamanı verilib.

Məlumata əsasən, həbsi tələb edilənlər arasında İsrailin müdafiə naziri Yoav Qallant, HƏMAS-ın üç lideri, o cümlədən Yəhya Sinvar və Məhəmməd Deyf də var.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 35 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Mövzuya görə xəbərlər