Bakı, TurkicWorld
İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzzaya davamlı hücumları ilə bağlı qərəzli nəşrləri ilə dəfələrlə gündəmə gələn İngiltərənin əsas mediası tənqid hədəfinə çevrilib.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bu barədə Media Monitorinq Mərkəzinin (CfMM) analitiki Faysal Hənif deyib.
O, İsrailin Qəzzaya hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla təxminən 41 min fələstinlinin həyatını itirdiyini bildirib.
"Son 10 ayda Britaniya mediasında yalnış və faktiki məlumatların dərc edilməsinə dair nümunələr var"- deyə Faysal Hənif qeyd edib.
Hanif BBC-nin İsrailin baş naziri Benyamin Netanyahunun iyul ayında ABŞ Konqresindəki çıxışı ilə bağlı xəbərlərini tənqid edib.
O, BBC-nin öz hesabatında Netanyahunun "başı kəsilmiş körpələr" haqqında dediklərini araşdırmaçı jurnalistlərin təkzib etdiyini qeyd etmədiyini vurğulayıb.
CfMM-nin mart ayında dərc etdiyi hesabatda Qəzzaya hücumlarla bağlı İngilis mediasında çıxan xəbərlərdə dil və yanaşmanın araşdırılması zamanı məlum olub ki, 177 minə yaxın xəbər görüntüsünün 70 faizində qırğın və vəhşilik ifadələri israillilərin yaşadıqlarını təsvir etmək üçün istifadə olunub.
Hafiz Rufizoğlu