Son dəqiqə

BMT İsrail

İsrail UNRWA komissarının viza müraciətini qəbul etməyib

Bakı. TurkicWorld:

İsrail Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarininin viza müraciətini qəbul etməyib

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İsrail daxili işlər naziri Moşe Arbel deyib.

Lazzarini 18 Martda Misir üzərindən hücuma məruz qalan Qəzzanın cənubundakı Rəfaha getməyi planlaşdırdığını, lakin İsrailin onun bölgəyə girməsinə icazə vermədiyini bildirib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər