Son dəqiqə

Roma papası Fransisk

Roma Papası İrana başsağlığı verib

Bakı,TurkicWorld

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Roma Papası Fransisk helikopter qəzası nəticəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onu müşayiət edən rəsmilərin vəfatı ilə bağlı İranın dini lideri Əli Xamneyiyə başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə Vatikandan verilən açıqlama verilib.

Papa başsağlığı mesajında ​​həyatını itirənlərin ailələrinə və bu çətin zamanda İran xalqına mənəvi yaxınlığını ifadə edib.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.

Mövzuya görə xəbərlər