Bakı, TurkicWorld
Katolik ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk, Qəzzada atəşkəs üçün danışıqlarını dayandırmama barədə çağırış edib.
TurkicWorld xəbər verir ki, Papa Yaxın Şərqdəki vəziyyətlə bağlı olan narahatlığını ifadə edib.
O, Fələstin və İsrail arasındakı münaqişənin digər Fələstin şəhərlərinə də yayılma riskindən narahat olduğunu bildirib.
Papa , "Danışıqları dayandırmadan dərhal atəşkəsə nail olmağa, girovları azad etməyə və Qəzzada başda poliomielit olmaqla digər xəstəliklərdən əziyyət çəkən insanlara kömək etməyə çağırıram," deyə bildirib.
O, Müqəddəs Torpaqlarda sülhün təmin edilməsinin vacibliyini vurğulayaraq, Qüdsün xristianlar, yəhudilər və müsəlmanlar üçün hörmətlə qəbul olunan bir görüş yeri olmasını diləyib.
Qeyd edək ki, hazırda ABŞ, Misir və Qətər bir müddətdir ki, Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı İsrail və HƏMAS arasında danışıqlar aparır.