Bakı, TurkicWorld
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk gələn il Türkiyəyə səfər etmək istədiyini bildirib.
TurkicWorld xəbər verir ki, Papa bu sözləri, sabah Romada qeyd olunacaq müqəddəs Pyotr və Pavel dini bayramı münasibətilə bu gün səhər saatlarında Fənər Rum Patriarxlığının nümayəndə heyətini qəbul edərkən dilə gətirib.
Gələn il Birinci İznik Şurasının 1700-cü ildönümü olduğunu xatırladan Papa, İznik-ə getmək arzusunda olduğunu bildirib.
Qeyd edək ki, Papa Fransiska daha əvvəl 2014- cü ildə Türkiyəyə səfər etmişdir.