Son dəqiqə

Vatikan Roma papası Fransisk Papa Fransisk vəfat etdi Katolik Kilsəsində papa dəyişikliyi Papa Fransisk nə zaman vəfat etdi? Yeni seçiləcək Papa

Vatikan Papa Fransisk üçün vida mərasiminə hazırlaşır

BAKI, TurkicWorld

Vatikan Papa Fransiskin vida mərasiminə hazırlaşır

TurkicWorld xəbər verir ki, Katolik dünyasının ruhani lideri Papa Fransiskin dəfn mərasimi üçün Vatikan şəhərində geniş hazırlıq işləri görülür.

Aziz Petrus Meydanında yüzlərlə oturacaq düzülüb, dünyanın müxtəlif yerlərindən gələn insanlar mərasimə qatılmaq üçün meydana toplaşmağa başlayıblar. Tədbir öncəsi çox sayda ziyarətçi meydanda yerini alıb və hazırlıqlar intensiv şəkildə davam etdirilir.

Qeyd edək ki, Papa Fransisk 21 apreldə vəfat edib. Son aylarda səhhətində ciddi problemlər yaşayan Papa, fevral ayında ağır bronxit səbəbilə xəstəxanaya yerləşdirilmişdi və bu, onun sağlamlığı ilə bağlı narahatlıqları artırmışdı .​ Kilsə qaydalarına əsasən, dəfn mərasimi ölümündən 4-6 gün sonra – yəni 25 aprel Cümə və ya 27 aprel Bazar günü keçirilir. Yeni Papanın seçilməsi məqsədilə Kardinallar Şurası isə 6-10 may tarixləri arasında ilk dəfə toplanacaq.

Mövzuya görə xəbərlər