BAKI,TurkicWorld,Yusif Şərifzadə
Roma Papası XIV Leo zəlzələdən zərər çəkmiş Venesuelaya 100 min avro məbləğində təcili humanitar yardım ayırıb.
TurkicWorld xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Bildirilib ki, yardım vəsaiti Müqəddəs Taxt-Tacın xeyriyyə fəaliyyətinə cavabdeh olan Apostol Sədəqə İdarəsi vasitəsilə ayrılıb.
Məlumata görə, 100 min avroluq yardım zəlzələdən zərər çəkən əhaliyə göstərilən yardım işlərini dəstəkləmək məqsədi daşıyır və ilkin maliyyə töhfəsi kimi qiymətləndirilir.
Vatikan qeyd edib ki, ehtiyaclar nəzərə alınaraq gələcəkdə əlavə yardım tədbirlərinin həyata keçirilməsi də istisna edilmir.







