BAKI,TurkicWorld,Vüsalə Əzimzadə
Venesuelanın keçmiş prezidenti Nikolas Maduro ABŞ-da saxlanıldığı dövrdən ilk fotolarını yayıb.
Maduronun sosial şəbəkə hesablarında yayımlanan iki fotoda onun ABŞ-dakı saxlanma mərkəzində boz idman geyimində olduğu və əlləri ilə “sülh” işarəsi göstərdiyi görünür. O, fotoların nəvələrinə və onu sevən insanlara kiçik hədiyyə olduğunu bildirib.
Maduro yanvar ayında həyat yoldaşı Siliya Floreslə birlikdə ABŞ xüsusi təyinatlıları tərəfindən Karakasdan aparılıb. Onlar Nyu-Yorkun Bruklin şəhərindəki təcridxanada saxlanılır və narkotik qaçaqmalçılığı və odlu silah saxlama ittihamları ilə üzləşirlər. Maduro və Flores ittihamları rədd edirlər.
Fotolar bazar günü yayımlansa da, onların üzərindəki tarixə əsasən görüntülərin iyunun 25-də çəkildiyi bildirilir. Fransa mətbuat agentliyi (AFP) fotoların həqiqiliyini və onların yayımlanmasına icazə verilib-verilmədiyini müəyyənləşdirmək üçün təcridxana ilə əlaqə saxlamağa çalışıb, lakin dərhal cavab ala bilməyib.
Məlumata görə, Maduro həbsxanada qəzetlərə və internetə çıxış əldə etmir. O, ailəsi və vəkilləri ilə ayda təxminən 300 dəqiqə telefonla danışa bilir. Onun və Siliya Floresin ABŞ-dakı məhkəmə prosesi 2027-ci il iyunun 1-də başlayacaq.






