BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-ın yüksək vəzifəli rəsmilərinin Venesuela müxalifət lideri Maria Korina Maçadonun ölkəyə qayıtmaq cəhdlərinə münasibətdə narazılıq ifadə etdiyi bildirilir.
TurkicWorld xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi Reuters agentliyinə məlumat verib.
Məlumata görə, Maçado son günlər ABŞ administrasiyasının müxtəlif strukturlarına, o cümlədən Ağ Evə, Dövlət Departamentinə və Konqres üzvlərinə müraciətlər ünvanlayıb.
O, ölkəsində baş verən dağıdıcı zəlzələlərdən sonra Venesuelaya qayıtmaq üçün ABŞ-ın dəstəyini istəyib.
Ağ Ev rəsmisinin sözlərinə görə, bu müraciətlər ABŞ daxilində bəzi yüksək vəzifəli şəxslərdə narazılıq yaradıb.







