Son dəqiqə

Roma papası Fransisk

Roma Papası Zelenskinin Ukrayna Pravoslav Kilsəsi qərarına münasibət bildirib

Bakı,TurkicWorld

Roma Papası Fransisk Kiyev administrasiyasını Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətini qadağan etdiyinə görə tənqid edib.

TurkicWorld xəbər verir ki, Fransisk Kiyev administrasiyasını tənqid edib və “kilsələrin toxunulmaz olduğunu” vurğulayıb.

“Ukraynada bu yaxınlarda qəbul edilmiş qanunlar haqqında düşünəndə, dua edənlərin azadlığından qorxuram, çünki həqiqətən dua edənlər həmişə hamı üçün dua edirlər”, – deyə Papa Fransisk bildirib.

Həmçinin Papa insanlara “heç bir xristian kilsəsinin bağlanmasına icazə verməyin” mesajını da verib.

Qeyd edək ki, keçdiyimiz günlərdə Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya bağlı Ukrayna Pravoslav Kilsəsinin (UOK) fəaliyyətini qadağan edən qanunu imzalayıb.

Mövzuya görə xəbərlər