Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Roma papası Fransisk

Ərdoğan Paris Olimpiadasının açılışındakı LGBT səhnəsinə görə Papaya zəng edəcək

Bakı,TurkicWorld

Türkiyə Prezidentİ Rəcəb Tayyib Ərdoğan Paris 2024 Olimpiadasının açılışında LGBT əxlaqsızlığına qarşı lk fürsətdə Papaya zəng edəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Ərdoğan Olimpiadanın pozğunluqa alət edildiyini bildirib.

“Parisdəki rüsvayçı səhnə təkcə katolik və xristian dünyasını deyil, onlar qədər bizi də incitdi” ,- deyə Ərdoğan LGBT əxlaqsızlığına münasibət bildirib.

Fransa prezidenti Emmanuel Makronun onu açılışa dəvət etdiyini deyən Ərdoğan, 13 yaşlı nəvəsinin “Orada LGBT nümayişi keçirəcəklər” xəbərdarlığından sonra Parisə getməkdən imtina edib.

“Parisdə edilənlər, insanı heyvanlardan da aşağı səviyyəyə endirmək üçün bir layihədir. İlk fürsətdə bu barədə Papaya müraciət edəcəyəm. Xristian dünyasına, bütün xristianlara qarşı edilən əxlaqsızlığı onunla bölüşəcəyəm”,- deyə o vurğulayıb.

Mövzuya görə xəbərlər