Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan PUA

Türkiyə PUA-larından istifadə edən ölkələrin sayı açıqlanıb

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin pilotsuz uçuş aparatları (PUA) və silahlı pilotsuz uçuş aparatları (SİHA) sahəsində əldə etdiyi uğurları vurğulayaraq, bu texnologiyanın artıq 50-dən çox ölkəyə ixrac edildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Prezident Ərdoğan, Batman şəhərində yerləşən 14-cü Pilotsuz Təyyarə Sistemləri (İUS) Baza Komandanlığını ziyarət edən Milli Müdafiə naziri Yaşar Gülərlə telefon danışığı zamanı bildirib.

Ərdoğan , Türkiyə Silahlı Qüvvələrinin həm quruda, həm də havada gücünü göstərdiyini qürur hissi ilə qeyd edib.

O, pilotsuz uçuş texnologiyasının Türkiyəni qlobal səviyyədə təsirli bir fiqura çevirdiyini vurğulayıb.

“TB2 və ANKA ilə başladığımız pilotsuz sistemlər səyahətimizi Akıncı, Aksunqur, TB3, ANKA-3 və Kızılelma ilə davam etdiririk. Hazırda dünyada PUA və SİHA texnologiyası sahəsində ən inkişaf etmiş 3-4 ölkədən biriyik. Ötən il ən çox İHA/SİHA ixrac edən ölkə olduq.” - deyə qeyd edib.

Türkiyənin PUA və SİHA-larının artıq 50-dən çox ölkənin ordusunun tərkibində olduğunu bildirən Ərdoğan, bu göstəricinin gələcəkdə daha da güclü mövqeyə gələcəyinə inandığını bildirib.

Mövzuya görə xəbərlər