Bakı, TurkicWorld
Papa Fransisk Sinqapura səfəri zamanı süni intellektin cəmiyyətin quruluşuna mənfi təsirləri barədə xəbərdarlıq edib.
TurkicWorld xəbər verir ki, bu barədə Katolik Kilsəsinin lideri Sinqapurda ziyafətdə çıxışı zamanı deyib.
Bildirib ki, süni intellekt insanlara mühüm insan münasibətlərini unutdurmamalıdır. Papa texnoloji inkişafın insanları təcrid etmək və onları yalan reallığa salmaq riski daşıdığını qeyd edib.
Bunun əvəzinə o, süni intellektin insanları bir-birinə daha da yaxınlaşdırmaq, cəmiyyətdə anlaşma və həmrəyliyi təşviq etmək üçün istifadə edilməli olduğunu vurğulayıb.
Xatırladaq ki, iyun ayında İtaliyada keçirilən sammit zamanı Papa Fransisk G7 ölkələrini süni intellektin nəzarətsiz qalmamasını təmin etməyə çağırıb.
Sinqapur 87 yaşlı Papanın ümumilikdə 12 gün davam edən xaricə ən uzun səfərinin son dayanacağıdır. Papa bundan əvvəl İndoneziya, Papua Yeni Qvineya və Şərqi Timorda olub.
Hafiz Rufizoğlu