Papa Fransisk Ərdoğana təşəkkür edib

Papa Fransisk Ərdoğana təşəkkür edib

Bakı,TurkicWorld

Katolik kilsəsinin rəhbəri Papa Fransisk Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dünya sülhü üçün etdiklərinə görə təşəkkür edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Prof. Dr. Əli Ərbaş katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk ilə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan güc sahibi olan və dünya sülhü üçün çox çalışan azsaylı liderlərdən biridir”, -deyə Papa Fransisk vurğulayıb.