Bakı. TurkicWorld:
Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı ikitərəfli ticarət və iqtisadi əlaqələrin inkişafını və səmərəliliyinin artırılmasını müzakirə edib.
TurkicWorld-un məlumatına görə, Kremlin rəsmi saytında bu barədə məlumat yayımlanıb.
“Müzakirələr oktyabrın 23-də Kazanda davam etdirilib və ikitərəfli gündəlikdəki məsələlər ətrafında geniş müzakirələr aparılıb. Ticarət-iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması məsələsi vurğulanıb. Bu məqsədlə aidiyyəti qurumlar arasında əlaqələr davam etdiriləcək”, - məlumatda bildirilir.
Danışıqlar zamanı liderlər bir sıra beynəlxalq məsələlərə də toxunublar.