Bakı,TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi üçün gəldiyi Braziliyada, Braziliya prezidenti Lula da Silva ilə görüşüb.
TurkicWorld xəbər verir ki, Kopakabana qalasında keçirilən görüşdə Türkiyə ilə Braziliya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan görüşdə Türkiyə ilə Braziliya arasında əlaqələrin inkişafında yüksək səviyyəli dialoqun vacib olduğunu və iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı üçün çalışacaqlarını bildirib.
Ərdoğan Braziliyanın İsrailin təcavüzünə qarşı mövqeyinin təqdirəlayiq olduğunu, Türkiyənin BMT-də İsrailə silah və sursat satışının qarşısını almaq üçün təşəbbüs irəli sürdüyünü, Fələstində daimi atəşkəsin yaradılmasının vacibliyini və humanitar yardımların çatdırılmasının önəmini vurğulayıb.
Prezident Ərdoğan, BMT-nin dünyada başda Qəzza başda olmaq üzrə qarşıdurmaların qarşısını ala bilmədiyini, böhranlara həll yolları çıxarmağın yetərli olmadığını vurğulayaraq, Braziliyanın G20 dönəminin sədrliyi dövründə Qlobal İdarəçilik İslahatını gündəmə gətirməsinin məqsədəuyğun olduğunu vurğulayıb.