Son dəqiqə

Rusiya Almaniya

Almaniya XİN-i Rusiyanın səfirini çağırıb

Bakı, TurkicWorld

Rusiya tərəfindən ARD mediagrupunun iki əməkdaşının ölkədən çıxarılması ilə əlaqədar Berlindəki Rusiya səfiri Sergey Neçayev Almaniya XİN-ə çağırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirilən mətbuat konfransında bildirib.

"ARD əməkdaşlarının ölkədən çıxarılması qəbuledilməzdir və buna göstərilən səbəb sadəcə uydurmadır. Biz bunu açıq şəkildə qınayırıq. Bununla əlaqədar, bu gün Rusiya səfirini çağırdıq", — Annalena Berbok.

Qeyd edək ki, Almaniya hökuməti Rusiyanın "Birinci Kanal"ının Almaniyadakı bürosunu bağlamaq qərarı alıb və bu kanalın Berlindəki müxbirləri İvan Blaqoy və Dmitri Volkovun ölkəni tərk etməsi tələb edilib.

Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko, bu addımı beynəlxalq əlaqələrin əsas prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

Buna cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova elan edib ki, Moskva ARD mediagrupunun iki jurnalistini ölkədən çıxarır. O qeyd edib ki, ARD yalnız "Birinci Kanal"ın Berlindəki bürosunun fəaliyyəti bərpa ediləcəyi təqdirdə yeni əməkdaşlar göndərə biləcək.

Mövzuya görə xəbərlər