Son dəqiqə

Türkiyə Rusiya

Türkiyədə Rusiyanın sərnişin təyyarəsi yandı

Bakı, TurkicWorld

Dünən axşam saatlarındaTürkiyənin Antalya şəhərində Rusiyanın Soçi şəhərindən Azimut Hava Yollarına məxsus "Volga" adlı "Sukhoi Superjet 100" təyyarəsinin sol mühərrik hissəsində yanğın baş verib.

TurkicWorld Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hava Xilasetmə və Yanğınla Mübarizə (ARFF) qrupları hadisəyə cəmi 23 saniyə ərzində müdaxilə edib və yanğını 2 dəqiqə ərzində söndürüb.

Məlumata əsasən, təyyarədə olan 89 sərnişin və 6 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb, təyyarənin dayanacaq mövqeyinə çəkildiyi bildirilib.

Qeyd edilib ki, yanğının baş verdiyi uçuş-enmə zolağı bu günün ilk saatlarına qədər bağlı qalsa da, yanğın söndürüldükdən sonra hava hərəkəti ikinci zolaqdan davam etdirilib.

Mövzuya görə xəbərlər