Bakı,TurkicWorld
İsrailin Əmmandakı səfirliyi yaxınlığında baş verən atışma nəticəsində polis yaralanıb, atəş açan şəxs isə həlak olub .
TurkicWorld xəbər verir ki, polis ərazini mühasirəyə alıb və səfirlik ərazisində açılan atəşə görə yerli sakinləri evlərini tərk etməməyə çağırıb.
2023-cü ildə İsrailin Qəzza zolağında hərbi əməliyyatına başladıqdan sonra bu ərazidə davamlı olaraq anti-İsrail mitinqləri keçirilir.
Xatırladaq ki, noyabrın 23-də İsrail Hizbullahın Beyrutdakı obyektinə zərbələr endirib .
İordaniyalı deputat İsrailə qaçaqmalçılıq yolu ilə silah daşıdığına görə 10 il azadlıqdan məhrum edilib.