Son dəqiqə

İsrail İran ABŞ

ABŞ-ın Qətərdəki səfirliyində fövqəladə təhlükəsizlik rejimi tətbiq olunub

Bakı, TurkicWorld

İsrailin İrana qarşı həyata keçirdiyi qabaqlayıcı zərbələrdən sonra regionda təhlükəsizlik tədbirləri gücləndirilib.

TurkicWorld xəbər verir ki, “Reuters” agentliyinin yaydığı məlumata əsasən, ABŞ-ın Qətərdəki səfirliyi bütün əməkdaşları üçün yaşayış yerlərini tərk etməmək barədə ciddi təhlükəsizlik protokolu tətbiq edib.

Səfirlik Qətərdə olan ABŞ vətəndaşlarına da növbəti bildirişədək eyni təhlükəsizlik qaydalarına əməl etməyi və yaşayış yerlərində qalmağı tövsiyə edib.

Məlumata görə, fövqəladə tədbirlər İsrailin İrana qarşı həyata keçirdiyi preventiv hücumdan dərhal sonra qəbul edilib. Regionda artan hərbi-siyasi gərginlik fonunda diplomatik nümayəndəliklərin təhlükəsizliyi prioritet məsələ kimi qiymətləndirilir.

Hazırda Vaşinqtondan və Doha rəsmilərindən əlavə açıqlama gözlənilir. Analitiklər qeyd edirlər ki, Yaxın Şərqdə mümkün eskalasiya ABŞ-ın bölgədəki hərbi və diplomatik mövcudluğuna birbaşa təsir göstərə bilər.

Mövzuya görə xəbərlər