BAKI,TurkicWorld
Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş lokal kartlardan (o cümlədən statistik vahidin ödəniş kartları daxil olmaqla) istifadə ilə həyata keçirilən əməliyyatların sayı 61,9 min ədəd, həcmi isə 58,42 milyon manat təşkil edib.
TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin yanvar ayı ilə müqayisədə lokal kartlardan istifadə üzrə əməliyyatların sayı 5,9 min ədəd və ya 10,5 faiz artıb, həcmi isə 8,84 milyon manat və ya 17,8 faiz yüksəlib.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən verilmiş kartlardan istifadə edilməklə həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur.







