BAKI,TurkicWorld
İsrail ordusu ölkənin şimalında "Hizbullah"ın raket atəşinə cavab olaraq Beyrutdakı hədəflərə bir sıra zərbələr endirib.
TurkicWorld-ün məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) "Telegram" kanalında məlumat yayıb.
"Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Beyrut ərazisində yüksəkvəzifəli "Hizbullah" üzvlərinə qarşı dəqiq zərbə endirib. Bundan əlavə, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda "Hizbullah" liderinə zərbə endirib", – deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, Livana endirilən zərbələr "Hizbullah"ın İsrailin şimalına raket atəşinə cavab olaraq həyata keçirilib.







