BAKI, TurkicWorld
ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda qonşu ölkədən təxliyə olunan vətəndaşların daşınması üçün zəruri tədbirlər həyata keçirilir.
TurkicWorld xəbər verir ki, vətəndaşların təhlükəsiz şəkildə daşınması məqsədilə xüsusi avtobuslar ayrılıb, həmçinin ərazidə təcili tibbi yardım briqadaları cəlb olunub və digər operativ xidmətlər hazır vəziyyətə gətirilib.
Sərhədi keçən şəxslərin sözlərinə görə, İran tərəfində təxliyə üçün keçmək istəyənlərin sayı hazırda çox deyil.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.







