Son dəqiqə

Azərbaycan Türkiyə İqtisadiyyat Nazirliyi İzmir

İzmirdə Azərbaycanın investisiya imkanları tanıdılıb

BAKI,TurkicWorld

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə İzmirdə ölkəmizin investisiya imkanları mövzusunda məlumatlandırıcı təqdimatlar keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı və İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) birgə təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində Azərbaycanda investisiya imkanları mövzusunda məlumatlandırıcı tədbir keçirilib.

İZAZDER üzvləri və izmirli iş adamlarının iştirak etdiyi tədbirdə Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, İZAZDER İdarə Heyətinin sədri Pərviz Altay və İZAZDER Türkiyə-Azərbaycan İnkişaf Komitəsinin sədri Tamer Öztürk Azərbaycana yatırım fürsətləri, ölkələrimiz arasında işgüzar münasibətlərin daha da gücləndirilməsi barədə çıxış ediblər. Ölkəmizin biznes və sərmayə mühitinə dair təqdimatlar keçirilib, iş adamlarının sualları cavablandırılıb, mövzu üzrə fikir mübadiləsi aparılıb.

İzmirə səfər çərçivəsində İzmirdə fəaliyyət göstərən “Heber Mühəndislik” şirkətinin istehsal müəssisəsinin fəaliyyəti ilə tanışlıq olub. Müəssisə rəhbərliyi ilə görüş zamanı Azərbaycanda işgüzar mühit və bu sahədə tətbiq olunan güzəştlər barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər çərçivəsində Konsulluq Korpusu Üzvləri Assosiasiyasının iclasında ölkəmizin sərmayə mühiti haqqında məlumat verilib. Həmçinin Assosiasiya sədrinin müavini Ahmet Fahri Yiğitbaşı, Yaşar Universitetinin rektoru professor Levent Kandiller çıxışlarında Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əməkdaşlığının daha da möhkəmləndirilməsi üçün səylərin birləşdirilməsinin önəmini qeyd ediblər. Tədbirdə Azərbaycanda investisiya imkanları mövzusunda təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Mövzuya görə xəbərlər