Son dəqiqə

Azərbaycan Heydər Əliyev Mərkəzi Bakı

“Yuxular teatrı”: Heydər Əliyev Mərkəzində yeni sərgi

BAKI,TurkicWorld

Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın (Ronald Companoca) fərdi sərgisi açılacaq.

TurkicWorld xəbər verir ki, 2027-cı il martın 1-dək davam edəcək "Yuxular teatrı" (The Theater of Dreams) adlı sərgidə müəllifin bir sıra əsərləri ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Xəyali aləmə aparacaq sərginin əsas personajları təlxəklər, musiqiçilər, sehrbazlar, səyyahlar, fantastik varlıqlardı. Kompanokanın əsərləri sehrli sürrealizm fəlsəfəsi çərçivəsində yaradılıb və ziyarətçiləri reallıqla təxəyyülün zərif bir tarazlıqda qovuşduğu ecazkar kainatla tanış edir. Həmin sehrli kainat isə reallıqla təxəyyül dünyası arasındakı sərhədləri araşdıran dünyaşöhrətli rəssamlar - İeronim Bosx, Salvador Dali və Rene Maqrit kimi sənətkarların yaradıcılığına istinadən ərsəyə gəlib.

Tamaşaçıları ilə özünəməxsus bədii dildə danışan Ronald Kompanokanın əsərləri bu günədək Avropa, ABŞ və Mərkəzi Amerikanın müxtəlif ölkələrində nümayiş olunub.

Mövzuya görə xəbərlər