Son dəqiqə

İran ABŞ Tehran Donald Tramp Vaşinqton

Razılaşma olmazsa İranı yenidən bombalaya bilərik - Tramp

BAKI,TurkicWorld,Fərid Mikayılov

ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə olunmaması halında ölkəyə qarşı hərbi əməliyyatların yenidən başlaya biləcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Tramp İranla mümkün razılaşma və regiondakı gərginliklə bağlı açıqlamalar verib.

O, İranın zənginləşdirilmiş uranının ölkədən çıxarılması məsələsinə toxunaraq ABŞ-nin bu prosesdə birbaşa iştirak edəcəyini qeyd edib:

“İrana gedəcəyik, onlarla birlikdə işləyib bunun 100 faizini ABŞ-yə gətirəcəyik. Əgər razılaşmasaq, bunu çox fərqli və dost olmayan şəkildə edəcəyik.”

Tramp həmçinin bildirib ki, razılaşma əldə olunmadığı halda hərbi addımlar istisna edilmir:

“Bəlkə də müddəti uzatmaram. Amma blokada davam edir. Siz blokadasınız və təəssüf ki, yenidən bombalamaq məcburiyyətində qala bilərik.”

ABŞ prezidenti İranla mümkün anlaşmanın Hörmüz boğazı və bölgədəki gərginliklə əlaqəli olduğunu da vurğulayıb.

Mövzuya görə xəbərlər