BAKI,TurkicWorld Yusif Şərifzadə
Livan ordusu Almaniya ilə yeni əməkdaşlıq sazişi imzalayıb. TurkicWorld xəbər verir ki, bu barədə Livan ordusunun yaydığı rəsmi açıqlamada məlumat verilib.
Bildirilib ki, saziş Livan ordusunun komandanı Rudolf Heykal ilə Almaniyanın Livandakı səfir müavini Yasmin Raya və digər rəsmi şəxslər arasında keçirilən görüş zamanı imzalanıb.
Livan ordusunun açıqlamasında qeyd olunub ki, general Rudolf Heykal Almaniya hakimiyyətinə ölkəsinin silahlı qüvvələrinə göstərilən davamlı dəstəyə görə təşəkkür edib.
Tərəflər görüş zamanı təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində əlaqələrin inkişaf perspektivlərini də müzakirə ediblər.
Livan ordusu son illərdə ölkədəki iqtisadi və təhlükəsizlik problemləri fonunda beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə çalışır.







