Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

BAKI,TurkicWorld

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

TurkicWorld xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Mövzuya görə xəbərlər