Bakı, TurkicWorld
2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə İraq kapitalı ilə 88 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 59 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq şirkətlərinin məcmu kapitalı 161 milyon 910 min 50 türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 174 milyon 405 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr ayında İraq şirkətlərinin əksəriyyəti İstanbulda (70) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən İraq şirkətlərinin ümumi kapitalı 122 milyon 710 min 50 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə İraq kapitalı ilə 38 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.