Bakı, TurkicWorld
2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə İran kapitalı ilə 319 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 362 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 329 milyon 870 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 815 milyon 60 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (286) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 282 milyon 70 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə İran kapitalı ilə 134 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.