Misir TOBB Türkiyədə Misir şirkətləri 2025 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi Kapital artımı Kapital bazarlarının inkişafı

Türkiyədə Misir Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Misir kapitalı ilə 55 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 80 milyon 470 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 93 milyon 707 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - oktyabr ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (51) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 56 milyon 470 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - oktyabr ayında Türkiyədə Misir kapitalı ilə 36 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər