Son dəqiqə

Qazaxıstan TOBB 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi Kapital artımı

Türkiyədə Qazaxıstan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar- noyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 13 milyon 235 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 37 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - noyabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (15) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 6 milyon 350 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - noyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 8 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər