Qətərin beynəlxalq nüfuzu artmaqdadır – Şeyxa Alya

Qətərin beynəlxalq nüfuzu artmaqdadır – Şeyxa Alya

Bakı, TurkicWorld

BMT Təhlükəsizlik Şurasının Qətərin Qəzza zolağında atəşkəs üçün göstərdiyi səyləri tərifləməsi dünyanın onun diplomatiyasına verdiyi qiymətin əksidir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bunu Qətərin Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi Şeyxa Alya Əhməd bin Saif Al Tani deyib.

O qeyd edib ki, Qətər Qəzzadakı mülki əhalinin vəziyyətini yaxşılaşdırmçaq üçün BMT və digər müvafiq qurumlar ilə koordinasiyasını davam etdirmək niyyətindədir.

Alya, Qətərin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyəsini artırdığını deyib.