Son dəqiqə

İsrail Türkiyə xarici işlər nazirliyi Qətər Hakan Fidan Qəzza

Hakan Fidan Qətər XİN rəhbəri ilə Qəzzada son vəziyyəti müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidanla Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani arasında telefon danışığı olub.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.

Məlumata əsasən, danışıqlar zamanı Qəzzada son vəziyyət və davam edən atəşkəs danışıqları müzakirə edilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər