Son dəqiqə

PKK Suriya İraq Türkiyə xarici işlər nazirliyi Hakan Fidan

Sincar PKK terrorundan təmizlənməlidir - Hakan Fidan

Bakı. TurkicWorld:

İraqın şimal-qərbində yerləşən Sincar şəhəri PKK terrorundan tamamilə təmizlənməlidir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"PKK terror təşkilatı İraq və Suriyada bəzi yerləri işğal edib. Orada atılacaq ən mühüm addımlardan biri Sincar bölgəsinin terrordan tamamilə təmizlənməsidir. Çünki Sincar Suriya sərhədinin tam yanındadır. Sincarda PKK varlığı davam etdiyi müddətcə təşkilatın sərhədin o tayındakı varlığı ilə qarşılıqlı əlaqəsi davam edəcək", - deyə o vurğulayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər