Bakı, TurkicWorld
Əsl adı Məngübərdi olan Cəlaləddinin doğum tarixi məlum deyil. Cəlaləddin ləqəbi dövrün ənənəsinə uyğun olaraq sonradan verilmişdir. Atası Xarəzmşah Əlaəddin Muhamməd, anası isə hind cariyəsi Ayçiçək Xatun idi. Cəlaləddin gənc yaşlarında dövrün dəyərli müəllimlərindən dərs almışdı.
Xarəzmşah Əlaəddin Məhəmməd 1215-ci ildə Gur və Qəzni bölgələrinə nəzarəti ələ keçirərkən, mərkəzi Qəzni olmaqla, Gur, Herat, Qarcistan və Sicistan ölkələrinin idarəsini oğlu Cəlaləddin şaha tapşırmışdır, Şahabəddin Alp əl-Herevini isə Cəlaləddinə vəzir təyin etmişdi. Daha sonra o, verdiyi qərardan geri dönərək çox sevdiyi oğlunu özü ilə mərkəzdə saxlayıb yerinə Kerber Məliki adıçəkilən vilayətlərə göndərmişdi. Kerber Melik müvəffəqiyyətli bir idarəçi olaraq monqol istilasından sonra Cəlaləddin Hindistandan qayıdana qədər bu bölgəni idarə etmişdi.
Cəlaləddin atası tərəfindən dəstəklənsədə, taxta keçməsində nənəsi Tərkən Xatun tərəfindən ciddi maneə ilə qarşılaşırdı. Tərkən Xatun öz nəslindən olan qıpçaq mənşəli döyüşçüləri imperiya ordusuna daxil etmişdi. Ordu komandanlıqlarının əksəriyyətinə qohumları olan əmirləri təyin edən Tərkən Xatun Uzlaqşahı vəliəhd olaraq təyin etmiş, Xorasan, Məzəndəran kimi mühüm vilayətləri ona vermişdi.
Monqollar 1220-ci ildə Xarəzmi işğal edirlər. Monqolllara qarşı məğlub olan Xarəzmşah Əlaəddin Xəzər dənizindəki Abeskun adalarından birinə sığınmağa məcbur olur. Bu hadisələr zamanı Tərkən Hatun monqollar tərəfindən əsir götürülür. Beləliklə, Cəlaləddinin önündə dayanan maneə avtomatik olaraq qalxmış olur. Sultan Əlaəddin Məhəmməd ölümündən bir neçə gün əvvəl oğulları Cəlaləddin, Akşah və vəliəhd Uzlaqşahı bir araya toplayaraq Cəlaləddini vəliəhd təyin edir. (Şevval 617 / dekabr 1220).
Cəlaləddin qardaşları ilə Əbəskundan paytaxta qayıdanda Sultan Əlaəddinin onu vəliəhd təyin etdiyi xalqa elan olunur. Lakin Qutluq xan Tuşi Pehlivanın mənsub olduğu Bayaqut tayfasından 7000 əsgər Uzlaqşaha sədaqət göstərir. İki şahzadə Cəlaləddinə qarşı olan əmirlərlə razılaşaraq onu öldürmək üçün sui-qəsd hazırlayırlar. Bu sui-qəsddən xəbər tutan Cəlaləddinin əmirlərindən olan İnanc xan Cəlaləddinə planlaşdırılan sui-qəsdi xəbər verir. Bunun üzərinə Cəlaləddin Teymur Məlikin komandanlığı ilə 300 süvari ilə Xorasanın dağlıq hissələrinə, oradan da Nesəyə çəkilir. Şahzadələr və tərəfdarları Xarəzmdə üç gün qaldıqdan sonra Cəlaləddinin ardınca Xorasana gedirlər. Monqol təzyiqi ilə Xarəzmi tərk edən Akşah və Uzlaqşah Nişabur ətrafında onları təqib edən monqollarla vuruşmalı olurlar. Monqollarla döyüşdə şəhzadələr öldürülür.
220-ci ilin sonunda Xarəzm bölgəsinə gələn monqollar, bir müddət davam edən mühasirədən sonra Xarəzmşahların paytaxtı Gürgənçi ələ keçirirlər. Bu arada Nişabura gələn Cəlaləddin əmirlərə və sərhəd bəylərinə xəbər göndərərək onlara birləşməyi təklif edir. Monqollar yaxınlaşanda Zevzen yaxınlığındakı Qahirə qalasına gedən Cəlaləddin xəzinəsindəki qızılların bir hissəsini ətrafındakilərə paylayır. Daha sonra o, Qəznəyə gəlincə camaat tərəfindən sevinclə qarşılanır. (mart 1221). Cəlaləddin daha sonra Veliyon qalasını mühasirəyə alan monqol sərkərdələri Təkəcuk və Molqora hücum edərək onları məğlub edir.
Çingiz xan məğlubiyyət xəbərini alanda Şiki Qutuqu Noyanın başçılığı altında xarəzmlərin üzərinə ordu göndərir. Cəlaləddin Pərvanda gedən döyüşdə monqolları məğlub edir. Lakin qənimətin bölüşdürülməsi zamanı Cəlaləddinin sərkərdələri arasında baş verən fikir ayrılığından istifadə edən Çingiz xan Cəlaləddini böyük bir ordu ilə təqib etməyə başlayır. Cəlaləddin Sind çayını keçərək Hindistana sığınmaq istəsə də Çingiz xan Sind çayı sahilində ona yetişir və Cəlaləddinin ordusunu mühasirəyə alır (26 noyabr 1221). Cəlaləddin əsgərlərinin sayının az olmasına baxmayaraq, monqol ordusunun mərkəzinə hücum edərək onları dağıdır.
Xarəzmlər qalib gəlmək ərəfəsindəykən Çingiz 10.000 nəfərlik ehtiyat qüvvəsini nizama salaraq döyüşün gedişatını öz xeyrinə dəyişir. Cəlaləddin əsir düşməmələri üçün anasını və həyat yoldaşlarını çaya ataraq öldürdür. Daha sonra geridə qalan xarəzmlərlə birlikdə üzərək çayın digər sahilinə keçir. Çingiz xan onları ələ keçirmək üçün Çağatay komandanlığı altında bir ordu göndərsə də, monqollar heç bir nəticə əldə etmədən geri qayıdırlar.
Hindistanda Cəlaləddinə ilk olaraq Rana Şatranın komandanlığı altında piyada dəstəsi hücum edir. Rana döyüşdə öldürülür. Bundan sonra hind əsgərləri geri çəkilmək məcburiyyətində qalır. Cəlaləddin bundan sonra Debdaba Uşakun hakimi Kabacanın qızı ilə siyasi evlilik qurur. Daha sonra Dehli hökmdarı Şəmsuddin İltutmişin yanına elçi göndərərək ondan yerləşmək üçün torpaq istəyir. Cəlaləddinin şöhrətindən və təsirindən qorxan Şəmsəddin ona uyğun bir ərazi tapa bilmədiyini deyərək Cəlaləddinə torpaq vermir. Bunun üzərinə Cəlaləddin Kokar bölgəsinə doğru hərəkət edərək Kokar bölgəsinin hakimi Rai Kokar Sanginə elçi göndərir və ondan qızını istəyir. Rai bu tələbi qəbul edərək oğlunu böyük bir qoşunla Cəlaləddinə göndərir. Lakin bir müddət sonra Şəmsəddin, Kabaca və onlarla müttəfiq olan Hindistan hökmdarları Xarəzmlərə qarşı hərəkətə keçirlər. Vəziyyətin təhlükəli mərhələyə qədəm qoyduğunu görən Cəlaləddin Cahan Pəhləvanı naib təyin edərək Hindistanı tərk edir. (1224-cü ilin əvvəlləri). Cahan Pəhləvanın neçə il hakimiyyətdə qaldığı məlum deyil. Pəhləvan da Şəmsəddin İltutmışın hücumlarına tab gətirə bilməyərək ölkəni tərk etməli olur.
Cəlaləddin Kirmana gəlincə, bu bölgənin hakimi Barak Hacib xarəzmlərə itaət edir. Bu əsnada Cəlaləddinin qardaşı Gıyasəddin Pirşah Azərbaycanda, Arran və Əcəm İraqında, Səd b. Zəngi İranda hökmranlıq edirdi. Cəlaləddin Səd b. Zəngi ilə siyasi əlaqələr quraraq, qızı ilə evlənir. Qardaşı Qiyasəddin Pirşahı məğlub etmək üçün hücuma keçən Cəlaləddin Akutada onu məğlub edir. Qıyasəddin hüzuruna gələrək Cəlaləddinə itaət etdiyini bildirir. Bunun ardınca Cəlaləddin mərasimlə taxta çıxarılır.
Bütün İranı özünə tabe edən Cəlaləddin Azərbaycanı da birləşdirmək üçün hərəkətə keçir. Mrağaya hücum edərək oranı ələ keçirir. Sonra istiqamətini Təbrizə doğru çevirir. 1225-ci ilin iyulunda Təbriz də Cəlaləddinin hakimiyyətini qəbul edir. Azərbaycanı birləşdirən sultan Gürcüstana doğru səfərə çıxır. Cəlaləddin Gürcüstanda olarkən Təbriz rəisi Nizaməddin və qardaşı Şəmsəddin Tuğrai üsyan qaldırırlar. Bunu eşidən sultan dərhal Təbrizə qayıdaraq üsyanı yatırır.
Cəlaləddin Gürcüstan krallığına qarşı yeritdiyi siyasətdə ilk vaxtlar diplomatik yollara əl atır. Sultan gürcülərə səfir göndərərək onlarla əlaqə qurmağa çalışır. Ancaq gürcülər Cəlaləddinin təkliflərini rədd edərək xarəzmlərə qarşı müharibəyə başlayırlar. Lakin bu müharibə Kərbidə (avqust 1225)gürcülərin məğlubiyyəti ilə nəticələnir. Cəlaləddin Gürcüstana etdiyi səfərlərdə bəzi şəhərləri ələ keçirə bilir.
1224-cü ildə Cəlaləddin Abbasi xəlifəsi Nasir-Lidinillahın idarəsində olan Xuzistana gedir və qışı orada keçirir. Cəlaləddin kəşfiyyat məqsədi ilə kiçik bir ordu göndərir. Kəşfiyyat qüvvələri xəlifənin əmri ilə üzərlərinə gələn xilafət ordusunu məğlub edirlər. Daha sonra Ziyaülmülk xəlifəyə elçi olaraq göndərilir. Səfir xəlifədən xarəzmələrə dəstək verməsini istəsə də, xəlifə Cəlaləddinin niyyətini bildiyi üçün dəstək verməkdən imtina edir. Bundan sonra Cəlaləddin hücuma keçərək Xilafət ordularını məğlub edir.
Monqolların onu təqib etdiyini eşidən Cəlaləddin Gəncəyə gedir. Lakin orada qalmağı uyğun görməyərək və əl-Cəzirəyə getmək qərarına gəlir. Aras-Eleşkirt-Malazgirt-Xanı yolu ilə Əmidə gələn (1231) Cəlaləddin Dəclə körpüsü yaxınlığında hücuma məruz qalır.
Nəsəfinin dediyinə görə, Monqol süvariləri tərəfindən təqib edilən Cəlaləddin dırmaşdığı sıldırım dağda quldurla qarşılaşır və onlar tərəfindən öldürülür. Cəlaləddinin öldürülməsindən bəhs edən çoxsaylı rəvayət var. Lakin xalq Cəlaləddinin ölümünə inanmadı. Cəlaləddin adı ölümündən illər sonra da monqolların narahatlığına səbəb olur.. Cəlaləddin ətrafında olan əmirlərin bir qismi Anadolu Səlcuqlu Dövlətinin xidmətinə girdi, qalanları isə Suriya və Əl-Cəzirəyə üz tutur.
Türk dövlətlərinin bütöv olmalı olduğuna inanan Cəlaləddin Harizmşah özünü Böyük Səlcuqluların varisi hesab edirdi.
Cəlaləddin Türk-İslam aləminin ən cəsur hökmdarlarından biri olaraq tarixə keçmişdir. Gürcülərə və monqollara qarşı mübarizəsi ilə şöhrət qazanan Cəlaləddin Xarəzmşah, İslamı müdafiə edən qəhrəman olaraq adlanmışdı. Namık Kamal da Cəlaləddin Xarəzmşahı yazdığı pyesində bu xüsusiyyəti ilə onu tanıdır.