Bakı.TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ-da baş vermiş terror hücumu ilə əlaqədar Kazan səfərini yarımçıq dayandıraraq, oktyabrın 24-ü səhər saatlarında ölkəsinə qayıdacaq.
TurkicWorld-un məlumatına görə, prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri də təxirə salınıb.
Ərdoğanın Kazanda sammit münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etmədiyi bildirilir.
Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal müəssisəsində baş vermiş terror aktında 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.