Bakı. TurkicWorld
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Ankarada TUSAŞ-a edilən terror hücumu ilə bağlı açıqlama verib.
TurkicWorld xəbər verir ki, Fidan açıqlamasında ölkə daxilində və xaricdə terror qruplaşmalarına və onları dəstəkləyən güclərə qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.
Milli müdafiə qabiliyyətlərinin gücləndiriləcəyini qeyd edən nazir Türkiyəni hədəf alan qüvvələrin və onların əlaltılarının məqsədlərinə çatmalarına icazə verilməyəcəyini bildirib.
Fidan terror qurbanlarına Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Qeyd edək ki,Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu olub. Terror aktı nəticəsində şəhid və yaralananlar var. Hadisə yerinə çox sayda xüsusi təyinatlı polis və tibbi yardım heyəti cəlb edilib. İlk partlayışdan sonra silah səsləri eşidilib.