Son dəqiqə

Hakan Fidan Abbas Əraqçi

Hakan Fidan iranlı həmkarına Türkiyənin hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı ötən gün Türkiyə hava məkanına daxil olan ballistik raket müzakirə olunub.

Telefon danışığı zamanı Hakan Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib və Türkiyənin buna qarşı bütün zəruri tədbirləri görməyə davam edəcəyini vurğulayıb.

Mövzuya görə xəbərlər