Son dəqiqə

Rusiya Pakistan Moskva Yaxın Şərq Oman Abbas Əraqçi İslamabad Maskat

Yaxın Şərqdə gərginlik fonunda İranın diplomatik diplomasiyası: Əraqçi turuna başlayır

BAKI,TurkicWorld, Nailə Babazadə

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün başlayacaq Pakistan, Oman və Rusiya turunun ikitərəfli məsələlərdə sıx koordinasiyanı təmin etmək və regional proseslərə dair məsləhətləşmələr aparmaq məqsədi daşıdığını bildirib.

TurkicWorld xəbər verir ki,Əraqçi "X" sosial media platformasındakı hesabından paylaşdığı mesajında İslamabad, Maskat və Moskvaya səfər edəcəyini elan edib. Nazir qeyd edib: "Səfərlərimin məqsədi tərəfdaşlarımızla ikitərəfli mövzularda yaxın koordinasiya yaratmaq və regional hadisələri müzakirə etməkdir. Qonşularımız bizim prioritetimizdir".

İranın rəsmi xəbər agentliyi IRNA daha əvvəl Əraqçinin bu axşam Pakistan, Oman və Rusiya turuna çıxacağını xəbər vermişdi.

Mövzuya görə xəbərlər