BAKI,TurkicWorld, Nailə Babazadə
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan pakistanlı həmkarı Muhammad İshaq Dar ilə telefon görüşməsi keçirib.
TurkicWorld xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə danışıq zamanı Amerika Birləşmiş Ştatları və İran arasındakı müzakirələrdə gəlinən son nöqtə ətraflı şəkildə nəzərdən keçirilib.
Görüşdə tərəflərin ortaq məxrəcə gəlməsi və regional gərginliyin azaldılması məqsədilə həm Pakistan həm də Türkiyə tərəfindən həyata keçirilən diplomatik çalışmalar barədə məlumat mübadiləsi aparılıb. Hər iki ölkənin vasitəçilik səylərinin regional sabitlik üçün daşıdığı əhəmiyyət vurğulanıb və gələcək addımların koordinasiyası məsələsi diqqət mərkəzində olub.







