Son dəqiqə

Türkiyə Sergey Lavrov Rusiya Türkiyə xarici işlər nazirliyi Hakan Fidan

Hakan Fidan və Sergey Lavrov İrandakı müharibəni müzakirə ediblər

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

TurkicWorld Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, tərəflər regionda davam edən hərbi əməliyyatların dayandırılması yollarını müzakirə ediblər.

Müzakirələrin əsas mövzusu ABŞ-İsrail və İran arasındakı müharibənin region ölkələrinə və beynəlxalq nizama yaratdığı risklər olub. Hakan Fidan müharibənin uzanmasının fəlakətli nəticələrə yol aça biləcəyini diqqətə çatdıraraq, tərəfləri tezliklə danışıqlar masasına qayıtmağa çağırıb. Eyni zamanda, nazirlər Ukrayna-Rusiya müharibəsinin mövcud vəziyyətini də nəzərdən keçiriblər. Fidan rəsmi Ankaranın Moskva və Kiyev arasında növbəti danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Diplomatik təmaslar zamanı həmçinin qlobal energetika təhlükəsizliyi məsələlərinə də toxunulub. Xüsusilə Hörmüz boğazındakı gərginliyin enerji bazarlarına təsiri və bu istiqamətdə birgə addımların atılması imkanları qiymətləndirilib. Hər iki tərəf regional sabitliyin bərpası üçün diplomatik kanalların açıq qalmasının vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər