Bakı,TurkicWorld
Qaranlıq təşkilatın lideri öldü.
TurkicWorld xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan FETÖ lideri terrorçu Fətullah Gülənin ölümü ilə bağlı açıqlama verib.
"Minlərlə gənci aldadaraq, xəyanət edən maşınlara çevirdi",- deyə Fidan bildirib.
Nazir, kəşfiyyat mənbələrinin FETÖ liderinin ölümünü təsdiqlədiyini vurğulayıb.
"Bu ölüm bizi arxayın etməyəcək. Bu təşkilat müqəddəs dəyərlər naminə gənclərimizi öz sıralarına cəlb edib",- deyə o bildirib.
Qeyd edək ki, bu gün Terror təşkilatı FETÖ-nün lideri Fətullah Gülən dünyasını dəyişib.