Son dəqiqə

Koreya

Koreya Respublikası polisi Prezident Yun Sok Yolun şəxsi telefonunun zəng tarixçəsini araşdırır

Bakı, TurkicWorld

Koreya Respublikası polisi, dekabrın 3-4-də baş vermiş hərbi vəziyyət hadisələri ilə bağlı araşdırma çərçivəsində Prezident Yun Sok Yolun şəxsi telefonunun zəng tarixçəsini yoxlayır.

TurkicWorld Yonhap agentliyinə istinadən xəbər verir ki, xüsusi istintaq qrupu həmin hadisələrin digər əsas iştirakçılarına zəng edilib-edilməməsi ilə maraqlanır. Polis bu məqsədlə müvafiq order alıb və qapalı ünsiyyət üçün istifadə edilən telefona da giriş əldə etmək niyyətindədir.

Polis, həmçinin Prezident Yun Sok Yolun maliyyə naziri Çxve San Mokuya verdiyi və hərbi vəziyyət elan edilməmişdən əvvəl əldə etdiyi sənədi araşdırır. Agentliyin məlumatına görə, sənəddə hərbi vəziyyət şəraitində parlamentin saxlanması və büdcəsinin formalaşdırılması üçün xərclərin azaldılması da daxil olmaqla müxtəlif tədbirlər sadalanıb.

Mövzuya görə xəbərlər