Son dəqiqə

Azərbaycan Azərbaycan Mərkəzi Bankı Koreya ikitərəfli əməkdaşlıq Taleh Kazımov İkitərəfli görüşlər

Azərbaycanla Koreya maliyyə sektorları arasında əməkdaşlığın genişləndirlməsini dəyərləndirəcək

BAKI,TurkicWorld

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Koreya Respublikasına işgüzar səfəri başlayıb.

Bu barədə TurkicWorld tənzimləyici quruma istinadən xəbər verir.

Səfər çərçivəsində Koreyanın maliyyə nəzarəti qurumları ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə makroiqtisadi vəziyyət, maliyyə sektorunda tənzimləyici çərçivələrin təkmilləşdirilməsi, texnoloji yeniliklər və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, səfərin məqsədi iki ölkənin maliyyə sektorları arasında əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.

Mövzuya görə xəbərlər