Bakı, TurkicWorld
Türkiyədə mərkəzi İstanbul olmaqla, 7 vilayətdə eyni vaxtda keçirilən əməliyyatda 19 şübhəli saxlanılıb.
TurkicWorld xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində FETÖ-nün məxfi strukturlarına qarşı genişmiqyaslı tədbir görülüb.
Texniki və fiziki təqib nəticəsində müəyyən edilib ki, FETÖ-nün məxfi əməkdaşları təşkilatın imtahanlarına hazırlaşmaq üçün şəxsləri qurumun qondarma "iş evləri"nə yerləşdiriblər. Həmçinin şübhəlilər haqqında ifadələr və vaxtaşırı ardıcıl telefon danışıqları ilə bağlı qeydlər əldə edilib.
Əməliyyat çərçivəsində gəlirlər üzrə ekspert, vergi müfəttişi və immiqrasiya eksperti də daxil olmaqla şübhəlilərin saxlanıldığı bildirilib.